MÜƏLLİF(LƏR):a.e.ü.f.d. Həsənov Mirzəmməd Murtuz oğlu, biol.ü.f.d., dos. Ağayeva Məlahət Əli qızı
DOI:10.17632/zvtrvn5db5.1
XÜLASƏ:Məqalədə respublikanın fermer təsərrüfatlarında“Quşçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi çərçivəsində yemləmə strategiyalarının hazırlanmasıda innovativ inkişafın dayanıqlı şəkildə təmin etmək bir məqsəd olaraq qarşıya qoyulmuşdur. Həmçinin qüşların rasional düzgün yemləndirilməsi üçün, Hidroponik Yem texnologiyasının tətbiqi, yem payının tərkibində yüksək kalorili zülalı (xam protein), həmçinin amin turşuları, az miqdarda sellüloza,karotin, kalsium və fosforun olması cücələrın inkişaına müsbət şərait yaradır.
MÜƏLLİF(LƏR):Əliyev Rəşad Fəxrəddin oğlu
DOI:10.17632/zvtrvn5db5.1
XÜLASƏ:Respublikada kənd təsərrüfatı sahələrinin kompleks inkişafı, ərazinin təbii-ekoloji və iqtisadi potensialının elmi əsaslarla idarə olunması çox vacibdir. Kənd təsərrüfatı istehsalının bütün sahələrində sabit məhsul artımına nail olmaqla əhalini yerli sənaye və ərzaq məhsulları ilə təmin etməkdən ibarətdir. Bu problemin həllində subtropik bitkilər təsərrüfatının inkişafı, ərazi təşkili və məhsulun ekoloyi-keyfiyyət göstəricilərinin öyrənilməsinin istehsalın iqtisadi səmərəliyinin yuksəldilməsində elmi və praktiki əhəmiyyəti vardır. Zəngin iqlim-torpaq ehtiyatlarımız müxtəlif sənaye sahələri üçün əhəmiyyətli olan subtropik bitkilərin iqtisadi cəhətdən səmərəli təşkilinə imkan verir. Sitrus meyvələri və çayçılığın inkişaf etdiyi ərazi əsasən Lənkəran regionudur. Lakin bu sahənin regionda inkişaf səviyyəsi günün tələblərinə cavab vermir. Buna görə də sitrus meyvəçiliyi və çayçılığın yerli aqroekoloyi şəraitə və daxili bazarın tələbinə uyğun yenidən ərazi təşkilinə ehtiyac vardır.
MÜƏLLİF(LƏR):Ağayeva Məlahət Əli qızı
DOI:10.17632/zvtrvn5db5.1
XÜLASƏ:Məqalədə Lənkəran-Astara bölgəsində sitrus qırmızı gənəciyinin öyrənilməsi üzrə aparılan tədqiqat işlərinin nəticəsi verilmişdir.Bölgə relyefinə və iqlim şəraitinə görə təkcə meyvə və sitrus bitkilərinin becərilməsi üçün deyil, həm də zərərvericilərin inkişafı və yayılması üçün əlverişlidir. Açıq stasionar sahədə aparılan təcrübələr nəticəsində aydınlaşdırılmışdır ki, gənəcik aprel-noyabr ayları ərzində 12-13 nəsil verir. Zərərvericinin çoxalma və inkişafında mühitin abiotik amilləri, o cümlədən temperatur və rütubətin böyük rolu vardır. Məsələn, 12,7-17,0 0C temperaturda və 86% rütubətdə sürfələr 7-8, yetkin fərdlər 10-12 günə inkişafını başa çatdırdıqları halda, 21,0-25,0 0C temperaturda və 89% rütubətdə sürfələrin inkişafı 2, yetkinlərinki isə 2-3 gün çəkir. Belə ki, aprel və may ayında bir nəslin inkişafı 20-30 günə başa çatdığı halda, iyul-avqust aylarında bir nəslin inkişafı 12-15 günə qutarır. Zərərverici ilə səmərəli kimyəvi mübarizə məqsədi ilə sınaqdan çıxarılan bir çox, o cümlədən ultimatum, hamla, nurel kimi preparatlar içərisində təsərrüfat üçün əlverişli səmərə ultimatum və hamla preparatlarının sınaqdan çıxarılması nəticəsində əldə edilmişdir. Məqalədə Ultimatum- EC preparatının effektivliyinin öyrənilməsinə dair materiallar təqdim olunur.
MÜƏLLİF(LƏR):Məmmədhüseyn Babalı oğlu Hüseynov, Elvin Ərkan oğlu Əliyev, Ramiz Zeynulla oğlu Şəmmədov
DOI:10.17632/zvtrvn5db5.1
XÜLASƏ:Tədqiqat işimizdə müasir ekoloji şəraitdə Azərbaycanın cənub bölgəsində biomüxtəlifliyin öyrənilməsi fonunda xurma (Diospyros) cinsinə aid Qafqaz xurması (Diospyros lotus. L) növünün floradakı yerini tədqiq etməklə genefondu müəyyən edilmişdir. Xurma (Diospyros) cinsinə aid Qafqaz xurması (Diospyros lotus L) növünün bölgə biomüxtəlifliyində genetik ehtiyatları müəyyən edilməklə və bu növün genofondunun qorunması və davamlı istifadəsinin yolları tədqiq olunmuşdur. Tədqiq olunan növünün bölgə biomüxtəlifliyində yeri, bioekologi xüsusiyyətləri öyrənməklə yayılma arealları, ona təsir edən təbii və antropogen amillər və azalma səbəbləri müəyyən edilmişdir. Məlum olmuşdur ki, Qafqaz xurması növünün (Diasporus lotus. L) bölgə biomüxtəlifliyində müxtəlif populyasiyalarda morfoloji, bioloji və təsərrüfat göstəricilərinə görə fərqlənən formaları mövcuddur. Belə fərqliliyin yaranmasının əsas şəbəbləri: Lənkəran-Astara bölgəsi iqliminin mülayimliyi, yağmurun və günəşli günlərin çoxluğu, rütubətli hava kütləsinin və torpağın münbitliyinin müsbət təsirini göstərmək olar. Temperatur və torpağın mineral tərkibindən asılı olaraq Lənkəran-Astara bölgəsində dağətəyi ərazilərdə Qafqaz xurması növünün (Diasporus lotus. L) çiçəkləmə prosesinin başlanması və intensivliyi dəniz səviyyəsindən yuxarı qalxdıqca aşağı düşür.
MÜƏLLİF(LƏR):a.ü.f.d., dos. Balayar Xanqulu oğlu Şahbazov, magistrant İsazadə Günel Qadir qızı
DOI:10.17632/zvtrvn5db5.1
XÜLASƏ:İnsanın təsərrüfat fəaliyyəti nəticəsində ekosistem və onun əsas tərkib hissəsi olan torpaq örtüyü kəskin dəyişikliyə məruz qalaraq öz məhsulavermə qabiliyyətini itirir. Torpaqəmələgəlmə prosesinin əsasını maddələrin və enerjinin biokimyəvi mexanizmlər əasında trasformasiyası təşkil edir. Aparılan tədqiqatlar göstərir ki, müxtəlif torpaqlarda növbəli əkin dövriyyəsində nitrifikasiyaedici bakteriyaların fəallığı mövsümdən, becərilən bitkilərin biologiyasından və onların əkin dövriyyəsində növbələşməsindən asılı olaraq dinamiki xarakter daşıyır.Ona görə də torpaq ehtiyatlarının qorunması, səmərəli istifadəsi və məhsulvermə qabiliyyətinin artırılması məqsədilə torpaqda biokimyəvi proseslərin kompleks sistemli öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
MÜƏLLİF(LƏR):Баширов Миразиз Мирали оглы, Магеррамов Микайыл Акпер оглы
DOI:10.17632/zvtrvn5db5.1
XÜLASƏ:В работе показана основные характеристики Fortunella Swingle, произрастающей в Лянкяранском экономическом регионе Азербайджанской Республике и его минеральный состав. Массовая доля золы в зависимости от видов кинкана составляют от 0,52 ±0,19% (Fortunella margarita) до 0,61± 0,09% (Fortunella japonica). Cодержание отдельных элементов в плодах кинкана в зависимости от вида ягод составляют, в мг на 100г-1: Fe- от 1,79±0,08 до 2,18±0,02; Mn- от 0,47± 0,01 до 0,65± 0,09; Cu- от 0,28± 0,01 до 0,46± 0,03; Mg- от 35,70 ±1,43 до 59,23 ±1,39; К- от 128,74±3,28 до 156,34 ±4,18; Ca- от 164,23 ±3,15 до 193,87 ±3,14; Р- от 17,75 ± 0,36 до 24,48± 0,22. Указанные данные показывают, что плоды кинкана богаты кальцием (Fortunella margarita) и калием (Fortunella japonica), что подтверждаются исследованиями других авторов Результаты исследований cвидетельствуют, что основные показатели химического состава ягоды кинкана, в том числе минеральный состав зависит от вида сырья. Биологическая и пищевая ценность ягод кинкана различных видов, позволяет рассматривать их как дополнителный источник сырье для выработки на их основе различных продуктов питание, в том числе соки, напитки, компоты, варенье, джемы и т. д.
MÜƏLLİF(LƏR):Магеррамова Севиндж Исмаил кызы
DOI:10.17632/zvtrvn5db5.1
XÜLASƏ:В настоящее время в связи со сложившеюся экологической ситуацией в Азербайджанской Республике и в мире большое значение уделяется проблеме здорового питания населения. Возможным и рациональным способом повышения биологической ценности продуктов питания является в настоящее время ее фортификация за счет природных растительных экстрактов ягод, которые произрастают в лесах Азербайджана. В связи с отсутствием данных об эффективности способов предварительной, в том числе ферментативной обработки этих ягод проведена настоящая работа. При выполнении работы использовались стандартные и специальные методы исследований. Установлена, что наблюдается тенденция роста содержания фенольных веществ в экстрактах различных ягод с предварительной обработкой ферментными препаратами от 1,08 раза (кизил, Pectinex BE XXL) до 1,46 раза (кинкан, Sellolyuks-A) по сравнению с контрольнымы образцами. Содержание флавоноидов во всех анализируемых экстрактах увеличивается от 1,29 раза (кинкан, Pectinex BE XXL) до 1,68 раза (клюква обыкновенная, Amylase AG 300 L. Содержание антоцианов также увеличивается во всех анализируемых образцов от 1,07 раза до 1,60 раза, исключением является образец экстракта кизила при обработке Amylase AG 300 L. Восстанавливающая сила экстрактов ягод после применения ферментных препаратов увеличивается 1,18-2,33 раза, антиоксидантная активность же экстрактов ягод имеет тенденция уменьшение за исключением ягод боярышника и клюквы обыкновенной. Результаты проведенных исследований показывают целесообразность предварительной обработки мезгов указанных ягод.
MÜƏLLİF(LƏR):Calalov Azər Aydın oğlu
DOI:10.17632/zvtrvn5db5.1
XÜLASƏ:Məqalədə müxtəlif gübrə dozalarının Lənkəran-Astara iqtisadi rayonunda yetişdirilən bibər bitkisinin rayonlaşmış “Yadigar”sortunun məhsuldarlığına və məhsulda toksiki metalların (Cu,Zn,Cd,Pb) qatılığına təsiri İnversion Voltamperimetrik analiz metodu ilə tədqiqindən bəhs edilir.Məlum olmuşdur ki, gübrə dozalarının müəyyən həddə qədər artırılması bibər bitkisində məhsuldarlığın və keyfiyyətin artmasına, dozanın daha çox artırılması isə əksinə , məhsuldarlığın və keyfiyyətin aşağı düşməsinə səbəb olmuşdur. Gübrə tətbiq olunmayan varianta nəzərən gübrə dozaları artırılmış variantlarda toksiki metallardan sink və kadmiyumun qatılığı artdığı halda, mis və qurğuşunun qatılığında isə əksinə azalma müşahidə olunmuşdur.Öyrənilən bütün variantlarda bibər məhsullarında toksiki metalların qatılığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərində qəbul etdiyi normalarda YVH-i aşmayan səviyyədə olmuşdur.
MÜƏLLİF(LƏR):д.тех.н., проф. Фарзалиев Мазахир Гамза оглы, докторант Алирзаева Ляман Яшар кызы
DOI:10.17632/zvtrvn5db5.1
XÜLASƏ:В настоящее время мир переживает 4-ю промышленную революцию. В четвертой промышленной революции автоматизируются предприятия, автоматизируются машины, создаются полностью автоматизированные предприятия. Это означает, что развивается четвертая промышленная революция. В том числе, этот процесс должен и идет в текстильной промышленности. В текстильном производстве выполняются очень сложные технологические процессы, выполнить которые с помощью промышленных роботов крайне сложно.Для создания автоматизированных текстильных производств в текстильной промышленности в первую очередь должны быть механизированы, автоматизированы и применены роботы в которых, технологические процессы выполняются вручную как в подготовительном отделении, так и в текстильных цехах. В связи с этим наша задача состоит в том, чтобы проанализировать принцип работы и конструкцию механизма навивания ткани в ткацких станках, используемых в текстильной промышленности, создать новый тип конструкции и проанализировать процессы, препятствующие процессу навивания. Для обеспечения потребности населения на изделие легкой промышленности, требуется увеличить выпуск тканей различного ассортимента. Качество выпускаемых тканей зависит от конструкции механизмов ткацких станков. Одним из механизмов, влияющих на качество ткани вырабатываемых на ткацких машинах, является механизм отвода ткани. Этот механизм состоит из трех устройств, оттягивающего валика (вальяна), товарного регулятора и навивающего устройства. Мы рассмотрим принцип работы существующих товарных регуляторов, проанализируем их плюсы и минусы, и, наконец, решим проблемы, связанные с их автоматизацией. В представленной статье также проведен анализ конструкции на выработку качественной ткани и создания автоматизированных ткацких фабрик.
MÜƏLLİF(LƏR):t.e.d. Pənahov Tariyel Məhəmməd oğlu
DOI:
XÜLASƏ:Son dövrlər şərabçılıq sənayesində təzə palıd çəlləyi çatışmazlığı müşahidə olunmaqdadır. Bu səbəbdən də müəssisələr yaşı 20-25 il olan köhnə çəlləklərdən istifadə etmək məcburiyyəti qarşısında qalırlar. Çünki konyak spirtinin yetişdirilməsi zamanı mürəkkəb fiziki və biokimyəvi proseslər gedir və burada spirtin tərkib maddələri ilə yanaşı, palıd oduncağının kimyəvi kompenentləri də fəal iştirak edir. Ona görə də hazır məhsulun keyfiyyətini artırmaq üçün çəlləklərə doldurmazdan qabaq şərab və konyakların palıd oduncağının komponentləri ilə zənginləşdirilməsi zərurəti meydana çıxır. Tədqiqat materialı kimi palıd taxtası və Rkasiteli üzümündən hazırlanan, təzə və köhnə çəlləklərdə palıd taxtası və digər palıd emalı məhsulları ilə saxlanılan cavan konyak spirti götürülmüşdür. Tədqiqatlar göstərmişdir ki, konyak spirtlərinin tükənmiş çəlləklərdə yetişdirilməsi zamanı 1:3 nisbətində götürülən təbii və termiki işlənmiş palıd oduncağı kompozisiyasının 7:8 q/dm3 dozasında tətbiq edilməsi konyak spirtlərində 12 ay müddətində palıd oduncağının aromatik komponentlərinin lazımi səviyyədə toplanmasını təmin edir və spirtlərin həmin köhnə çəlləklərdə 3 ildən 5 ilə qədər saxlanmasından sonra hazır məhsulun yüksək keyfiyyətə malik olur.