MÜƏLLİF(LƏR):

Şahmar Məmmədov, Talıb Sadıqov, Fazil Həsənov

DOI:

DOİ: 10.30546/2958-8111.2024.1.7.083

TƏDQİQATIN ADI:

Abşeron cinsli qoyunların bonitirovkası və yun məhsuldarlığı

XÜLASƏ:

Məlumdur ki, Azərbaycan Respublikasında xalçaçılıq sənayesinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq yarımqaba növ yun xammalına və əhalinin tez yetişən qoyun cinslərinin ətinə olan tələbatının ildən-ilə artması qoyunçuluq sahəsində bu qoyun cinslərinin inkişafına böyük tələbat olduğunu göstərir. Ona görə də Abşeron bölgəsində yetişdirilən yüksək məhsuldarlıqlı, yerli ekstremal iqlim şəraitinə uyğunlaşmış, yağlıquyruq, yarımqaba yunlu, ətlik, yunluq və südlük istiqamətli Abşeron qoyun cinsinin banitirovkası və yun məhsuldarlığı araşdırılmışdır. Aparılmış elmi-tədqiqat, seleksiya və damazlıq işlərinin nəticələrinə görə, Abşeron cinsli qoyunlar isti iqlim şəraitində, yayın qızmar günəş şüaları altında məhsulu yığılmış taxıl zəmilərində, kövşənlikdə, qara çöplükdə, tərəvəz və bostan sahələrində yaxşı kökəlir, normal döllənir, qoçunu alır və mayalanır. Payız aylarında faraş bala verir. Bu qoyunlar yaylaq şəraitində də özünün müsbət cəhətlərini qoruyub saxlayırlar. Aparılmış bonitirovkanın nəticəsi olaraq, 2020-ci ildə 186 baş qoyunların sinfi keyfiyyətləri öyrənilməklə damazlıq – məhsuldarlıq göstəricilərinin təkmilləşdirilməsi tempi müəyyən edilmişdir. Sürüdə bonitirə edilmiş 186 baş qoyunlardan114 başı elita və 1 - ci sinif olmuşdur. Cədvəldən göründüyü kimi ümumi sürüdə yüksək sinifli (damazlıq keyfiyyətli) qoyunların xüsusi çəkisi (elita və Isinif) 61,0 % olmaqla sürünün yarıdan çoxunu təşkil etməklə yüksək məhsuldar genoloji xətt törədicilərinin genetik potensialından düzgün istifadə edilməsilə əldə edilmiş damazlıq – seleksiya nailiyyətlərinin nəticəsidir. Abşeron cinsli qoyunların ət məhsuldarlığı da digər qoyun cinsləri ilə müqayisədə xeyli çoxdur. Ona görə də bu cinsin Abşeron bölgəsində və onun ətraf rayonlarının fermer qoyunçuluq təsərrüfatlarında geniş yayılması məqsədəuyğun hesab edilir.

TƏDQİQATIN METODOLOGIYASI:

TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ:

TƏDQİQATIN NƏTİCƏLƏRİ:

TƏDQİQATIN ELMİ YENİLİYİ: