tar.üz.fəl.dok., dos. Bayramov Müşfiq Cabir oğlu
DOI:10.30546/2958-8111.2023.1.2.
TƏDQİQATIN ADI:LOKAL MÜHARİBƏLƏRİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİNƏ TƏSİRİ
XÜLASƏ:Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin etməkdir. Dünyada qlobal probelmlər çoxdur və bunlar bir-biri ilə əlaqədardır. Lakin elmi-texnikanın yüksək inkişaf etdiyi müasir dövrdə cəmiyyətin üzləşdiyi ən qlobal problemlərdən biri ərzaq təhlükəsizliyi problemidir. Ərzaq təhlükəsizliyi dünya dövlətlərini daha çox narahat edən, onların qarşısında təhdid kimi duran qlobal məsələlərdəndir. Bu sahədə beynəlxalq təşkilatların fəaliyyəti və qəbul olunmuş konvensiyalara baxmayaraq müxtəlif səbəblərdən ərzaq təhlükəsizliyi problemi daha da dərinləşmiş və son 7 ildə ən yüksək həddə çatmışdır. Bunun əsas səbəblərindən biri də son iki əsrdə dünyanın müxtəlif bölgələrində gedən lokal müharibələr və etnik-dini münaqişələrdir. Müharibələr və münaqişələrin ətraf mühitin mühafizəsinin pozulmasına çoxsaylı insan tələfatına, meşələrin, əkin sahələrinin yarasız hala düşməsinə, ətraf mühitin çirklənməsinə səbəb olması dünya əhalisinin təhlükəsiz və lazımi qədər ərzaq məhsulları ilə təminatında ciddi problemlər yaradır. Hazırda ərzaq çatışmazlığından dünyanın müxtəlif ərazilərində 265 milyondan çox insan əziyyət çəkir. Qida mənşəlli xəstəliklər və zəhərlənmə halları isə adi hal almışdır. Məqalədə əhalinin ərzaq təhlükəsizliyinə lokal müharibə və münaqişələrin təsiri araşdırılır.
TƏDQİQATIN METODOLOGIYASI: TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ: TƏDQİQATIN NƏTİCƏLƏRİ: TƏDQİQATIN ELMİ YENİLİYİ: