Həzər Hüseynov, Sevnaz Mahmudova, Minarə Sucayeva
DOI:10.30546/2958-8111.2024.2.01.053
TƏDQİQATIN ADI:Lənkəran-Astara bölgəsində pomidorun rəqabət qabiliyyətli yeni sortlarının seleksiyası
XÜLASƏ:Məqalədə Lənkəran Təcrübə Stansiyasında aqroekoloji şəaritdə becərilən pomidorun yerli və yeni genofond materialları öyrənilərək əlverişli sortların seçilməsi, onların əsas bioloji xüsusiyyətlərinin və vacib təsərrüfat əlamətlərinin qiymətləndirilməsinə aid məlumatlar verilmişdir. Pomidor bitkisi böyük genetik potensialı və adaptasiya qabiliyyətinə malik olduğundan, hər hansı bir ekoloji şəraitdə abiotik faktorların təsiri nəticəsində onun kəmiyyət və keyfiyyət əlamətlərində bir sıra fenotipik, hətta genotipik dəyişkənliklər baş verir. Pomidorun yerli mənşəli, ənənəvi seleksiya metodları əsasında yaradılmış Titan sortunun və əlverişli sortnümunələrin qiymətli təsərrüfat əlamətləri və bioloji xüsusiyyətləri də öyrənilmişdir. Öyrənilmiş sortnümunələrin bioloji tezyetişkənlik dövrünün əsas fazalarının qısalığına, bitkilər üzərində generativ orqanların yerləşmə sıxlığına, struktur quruluşu və çiçəklərin yüksək meyvəbağlama qabiliyyətinə görə “Titan” sortu daha üstün olmuşdur. Qida sahələri müxtəlif olan əkin sxemlərində pomidor bitkisinin məhsuldarılığı 70x35 sm variantı ilə müqayisəli öyrənilmiş və məlum olmuşdur ki, ümumi əmtəəlik məhsul 70x35 sm variantında 460 s/ha, onunla müqayisədə 90+50x35 sm ümumi əmtəəlik məhsul 467,6 s/ha, məhsul artımı isə uyğun olaraq 3,0 s/ha, yaxud 1,6 %, 90+50x30 sm-də orta məhsuldarlıq 467,6 s/ha, məhsul artımı 7,6 s/ha yaxud 0,6 %, 120+60x35 sm-də ümumi əmtəəlik məhsul 476,1 s/ha, məhsul artımı 16 s/ha yaxud 3,4 %, 120+60x30 sm-də isə ümumi əmtəəlik məhsul 473,6 s/ha, məhsul artımı 13,6 s/ha, yaxud 2,9 % olmuşdur.
TƏDQİQATIN METODOLOGIYASI: TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ: TƏDQİQATIN NƏTİCƏLƏRİ: TƏDQİQATIN ELMİ YENİLİYİ: