MÜƏLLİF(LƏR):

Rəhim Bilalov

DOI:

10.30546/2958-8111.2024.2.01.064

TƏDQİQATIN ADI:

COP-29 və ekoloji problemlərin həlli yolları

XÜLASƏ:

Ekologiya məhdud çərçivədən çıxaraq BMT-nin və dünyanın bütün nüfuzlu Beynəlxalq təşklatlarının diqqət mərkəzində həmçinin, insan sağlamlığı və uzun ömürlülüyünün keşiyində duran fundamental elmə çevrilmişdir. Planetimizin hər yerində proqnozu nəzərə alınmadan görülən işlərin ekoloji fəsadları artıq özünün kluminasiya nöqtəsinə çataraq Bəşəriyyəti iki yol ölüm və həyat arasında qoymuşdur. Leysan yağışları, güclü sel, daşqın, qasırğa, sunami, torpaq sürüşmələri, zəlzələ və vulkan püsgürmələri yer altındakı insan və heyvan cəsədlərinin qalıqlarını, onlarla birlikdə isə yoluxucu agentləri torpaqın səthinə çıxararaq yeni-yeni təhlükəli epidemiya, epizootiya və pandemiyalar törədir. İnsanlar təbiətin, onun sərvətlərinin sanki ən qəddar düşmənlərinə çevrilmiş və dəhşətli ekosit törətmişlər. Planetimizin ekoloji mənzərəsi bu antropogen fəaliyyət nəticəsində hazırda böhran, aqoniya halına düşmüş və öz məhvərindən çıxmışdır. Ona görə də, ən dəhşətli müharibə və yanğınlardan daha güclü sayılan epidemiya və epizootiyalarla mübarizəyə hazır olmalıyıq. Əvvələr insanlar təbiətdən qorxurdusa, indi sanki təbiiət insanlardan qorxur. 11-24 noyabr 2024-cü il tarixində Bakıda keçiriləcək CoP-29 nəyinki ölkəmizdə eləcədə bütün dünyada bəşəriyyəti narahat edən ekoloji böhranın həll edilməsinə pozitiv təsir edə bilər.

TƏDQİQATIN METODOLOGIYASI:

TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ:

TƏDQİQATIN NƏTİCƏLƏRİ:

TƏDQİQATIN ELMİ YENİLİYİ: