Azər Calalov
DOI:10.30546/2958-8111.2024.2.01.021
TƏDQİQATIN ADI:Tərəvəzlərlərdə toksiki metalların orqanizmin sağlamlığına təsir riskinin qiymətləndirilməsi
XÜLASƏ:Tədqiqat işində Lənkəran-Astara iqtisadi rayonunda becərilən tərəvəz məhsullarından badımcan, baş soğan və sarımsaq məhsullarında kadmium, sink, mis, arsen, civə və qurğuşunun qatılığı müəyyən edilərək bu tərəvəzlərin gündəlik istehlakı ilə sağlamlıq üçün yaranan risklər qiymətləndirilmişdir. Toksiki metallardan Cd, Zn, Cu və As-in ən yüksək orta qatılığı müvafiq olaraq 0,0203; 1,955; 0,968 və 0,0443 mq/kq baş soğanda, qurğuşunun ən yüksək orta qatılığı sarımsaqda 0,263 mq/kq, civənin ən yüksək orta qatılığı isə 0,0151 mq/kq badımcan məhsullarında müəyyən edilmişdir. Öyrəndiyimiz ayrı-ayrı tərəvəz məhsulları ilə bir sutkada cəmi orta hesabla Cd, Zn, Cu, Pb və Hg qəbulu müvafiq olaraq 0,00028, 0,025, 0,0164, 0,0045 və 0,00015 mq/kq olmuşdur ki, bu da ABŞ EPA, FAO və ÜST tərəfindən tövsiyə olunan oral qəbul dozalarından dəfələrlə azdır. Arseninb tərəvəzlərlə gündəlik qəbulu böyüklər üçün orta hesabla 0,00017 mq/kq olmaqla cəmi 0,00052 mq, uşaqlar üçün isə orta hesabla 0,00028 mq/kq, cəmi 0,00086 mq/kq olmuşdur ki, bu da tövsiyə olunan oral qəbul dozasından (0,0003 mq/kq/sutka) müvafiq olaraq 1,7 və 2,9 dəfə artıqdır. Tərəvəz məhsullarında hədəf risk əmsalının (HRƏ) qiyməti Cd, Zn, Cu, Hg və Pb da 1-dən kiçik olduğundan təhlükəsiz, arsendə isə baş soğan məhsullarında 1-dən böyük olduğundan sağlamlıq üçün ciddi risklər yarada bilər
TƏDQİQATIN METODOLOGIYASI: TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ: TƏDQİQATIN NƏTİCƏLƏRİ: TƏDQİQATIN ELMİ YENİLİYİ: