MÜƏLLİF(LƏR):

Ceyhunə Cəfərova, İbrahim Mehdiyev, Gülnar Qəhrəmanova

DOI:

DOİ: 10.30546/2958-8111.2024.1.7.072

TƏDQİQATIN ADI:

Karantin tətbiq edilən zərərvericilərin monitorinqində feromon tələlərdən istifadənin əhəmiyyəti

XÜLASƏ:

Hazırda bitki sağlamlığına nəzarət üzrə səmərəli və müasir tələblərə cavab verən sistemin yaradılması məqsədilə mütəmadi olaraq əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə tədbirləri sisteminin hazırlanması və tətbiqidir. İnteqrir mübarizənin əsas tərkib hissəsindən biri də müasir dövrdə inkişaf etmiş ölkələrin kənd təsərrüfatı sahəsində üstünlük verdiyi biotexniki mübarizə üsuludur. Biotexniki mübarizə tətbiq edilən kənd təsərrüfatı sahələrində istehsal olunan məhsulda ümumiyyətlə pestisid qalığına rast gəlinmir. Bu mübarizə üsulunun tətbiqi həm də orqanik məhsul istehsalına atılan addımdır. Tədqiqat zamanı Azərbaycan ərazisində karantin tətbiq edilən zərərvericilərinin monitorinqi məqsədilə feromon tələlərdən istifadə edilmişdir. Monitorinq zamanı çəyirdəkli və tumlu meyvə bitkilərinin karantin zərərvericiləri olan şərq meyvəyeyəni (Grapholita (Cydia) molesta Busck, 1916) (Lepidoptera: Tortricidae) aşkarlanmış, şaftalı meyvəyeyəni (Carposina niponensis Walsingham, 1900) (Lepidoptera: Carposinidae) isə aşkarlanmamışdır. Bu zərərvericilərdən başqa, fındığın təhlükəli invaziv zərərvericisi olan qəhvəyi mərmər taxtabitinin (Halyomorpha halys (Stal, 1855)) (Hemiptera: Pentatomidae) monitorinqi məqsədilə respublikanın müxtəlif ərazilərində feromon tələlər asılsa da, yalnız Bakı şəhəri Səbail rayonunda yerləşdirilmiş feromon tələlərdə növün imaqo və nimfalarına rast gəlinmişdir. Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında, Abşeron rayonunda yerləşən badam bağlarında, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən fərdi bağlarda və Bakı şəhəri Səbail rayonu ərazisində qəhvəyi mərmər taxtabitinin monitorinqi məqsədilə feromon tələlər asılmışdır Üç halda qəhvəyi mərmər taxtabiti aşkar edilməsə də, sonuncu halda tələdə zərərvericinnin imaqo və nimfaları aşkarlanmışdır. Bu, qəhvəyi mərmər taxtabitinin Azərbaycanda lokal arealda rast gəlindiyini və hazırda fındıqçılıq təsərrüfatları üçün potensial təhlükə mənbəyi olmadığını qeyd etməyə əsas verir.

TƏDQİQATIN METODOLOGIYASI:

TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ:

TƏDQİQATIN NƏTİCƏLƏRİ:

TƏDQİQATIN ELMİ YENİLİYİ: