Məqalələr

2024, №2

Tahir Əmiraslanov. Azərbaycanın Cənub-Şərq bölgəsində formalaşmış təbii mətbəx brendləri və onların yayılma arealları, ləvənginin timsalında onların dünyəviləşdirilməsi

MÜƏLLİF(LƏR):Tahir Əmiraslanov

DOI:10.30546/2958-8111.2024.2.01.09

XÜLASƏ:Azərbaycanın cənub bölgəsində tarixən çəltikçilik, çayçılıq, sitrus əkinçiliyinin, tərəvəzçiliyin geniş inkişafı, eyni zamanda quş və balıq məhsullarından mətbəxdə geniş istifadə olunması, bölgənin xüsusi mətbəx brendlərinin formalaşmasında müstəsna rol oynamışdır. Bölgənin əsas brendləşmiş mətbəx nümunələrindən biri isə “ləvəngi”dir. Balıq və quşla bişirilən ləvəngilərdən başqa, bölgədə həm də “badımcan ləvəngisi” hazırlanır. Belə yemək nüsxələrinə, yəni müasir dillə desək, “ləvəngi”lərə XIII əsrdə (1226) Katib Bağdadinin (Şəmsəddin Məhəmməd Əl-Həsən Məhəmməd əl-Kərim Bağdadi) yazdığı “Kitabul-Tabih”də (Aşbazlar kitabı) də rast gəlinir. Abbasilər dövründə, monqol istilasından əvvəl İran və türk mətbəxinin o dövrün Bağdad mətbəxinə, xüsusən də Ərəb mətbəxinə təsiri haqqında çox yazılıb. Restoran və turist biznesinin gələcək inkişaf meyllərini nəzərə alaraq, keçən əsrin 90-cı illərindən başlayaraq Dünya Çempionat və yarışlarında Azərbaycan komandası yeni addımlar atdı, toyuğun döş əti, heyvanın can əti, balıq (tıxsız, sümüksüz) döyülərək nazik lavaş, yuxa formasına salındı, içərisinə isə ləvəngi içliyi qoyulub büküldü, bişirilib süfrəyə verildi. İndi restoranlarda, toylarda verilən sümüksüz ləvəngilər, tək ləvəngi və s. belə yaranmışdır. Bu işləmələr daha düzgün toyuq bükməsi, ət bükməsi, balıq bükməsi adlandırılmalıdır. Çünki, artıq burada doldurulan qarın yoxdur. Lakin köhnə ləvəngi adı saxlanılmışdır. Ləvəngi bununla da öz inkişafından qalmadı, əksinə, sonradan kətə, qutab bu içliklə hazırlanmağa başlandı. Daha sonra isə həmin içliyi gürzəyə, düşbərəyə əlavə etməyi, bir az qızardıqdan sonra isə yarpaq xəngəlinə əlavə etməklə yeni Azərbaycan xörəkləri əmələ gəldi. Beləliklə, klassik Azərbaycan xörəyi ləvəngidən klassik paxlavaya, gürzə, düşbərə, qutab, xəngəl əsasında isə neoklassizmə gəlib çıxılmışdır. İndi əsas vəzifı bu brendlərin dünyəviləşdirilməsidir.

PDF

2024, №2

Tərəvəzlərlərdə toksiki metalların orqanizmin sağlamlığına təsir riskinin qiymətləndirilməsi

MÜƏLLİF(LƏR):Azər Calalov

DOI:10.30546/2958-8111.2024.2.01.021

XÜLASƏ:Tədqiqat işində Lənkəran-Astara iqtisadi rayonunda becərilən tərəvəz məhsullarından badımcan, baş soğan və sarımsaq məhsullarında kadmium, sink, mis, arsen, civə və qurğuşunun qatılığı müəyyən edilərək bu tərəvəzlərin gündəlik istehlakı ilə sağlamlıq üçün yaranan risklər qiymətləndirilmişdir. Toksiki metallardan Cd, Zn, Cu və As-in ən yüksək orta qatılığı müvafiq olaraq 0,0203; 1,955; 0,968 və 0,0443 mq/kq baş soğanda, qurğuşunun ən yüksək orta qatılığı sarımsaqda 0,263 mq/kq, civənin ən yüksək orta qatılığı isə 0,0151 mq/kq badımcan məhsullarında müəyyən edilmişdir. Öyrəndiyimiz ayrı-ayrı tərəvəz məhsulları ilə bir sutkada cəmi orta hesabla Cd, Zn, Cu, Pb və Hg qəbulu müvafiq olaraq 0,00028, 0,025, 0,0164, 0,0045 və 0,00015 mq/kq olmuşdur ki, bu da ABŞ EPA, FAO və ÜST tərəfindən tövsiyə olunan oral qəbul dozalarından dəfələrlə azdır. Arseninb tərəvəzlərlə gündəlik qəbulu böyüklər üçün orta hesabla 0,00017 mq/kq olmaqla cəmi 0,00052 mq, uşaqlar üçün isə orta hesabla 0,00028 mq/kq, cəmi 0,00086 mq/kq olmuşdur ki, bu da tövsiyə olunan oral qəbul dozasından (0,0003 mq/kq/sutka) müvafiq olaraq 1,7 və 2,9 dəfə artıqdır. Tərəvəz məhsullarında hədəf risk əmsalının (HRƏ) qiyməti Cd, Zn, Cu, Hg və Pb da 1-dən kiçik olduğundan təhlükəsiz, arsendə isə baş soğan məhsullarında 1-dən böyük olduğundan sağlamlıq üçün ciddi risklər yarada bilər

PDF

2024, №2

Мероприятия по предупреждению фальсификации пищевых продуктов и упаковки

MÜƏLLİF(LƏR):Яков Верхивкер,Елена Мирошниченко

DOI:10.30546/2958-8111.2024.2.01.032

XÜLASƏ:Одной из проблем пищевой промышленности является идентификация и фальсификация пищевой продукции и упаковки. Отсутствие четких оценочных критериев и зачастую методологической базы, сложившиеся экономические условия и активно развивающиеся технологии – содействуют усложнению процесса идентификации. Этому сопутствует увеличение случаев фальсификации. Фальсификация пищевых продуктов является обманом потребителей относительно состава пищевых продуктов с целью получения экономической выгоды. С наибольшей частотой фальсифицируются оливковое масло, вино и другие алкогольные напитки, специи, чай, рыба, мед, молоко и молочные продукты, мясные и зерновые продукты, напитки на основе фруктовых соков, специи, кофе. При этом достаточно полные данные о частоте встречаемости фальсифицированной пищевой продукции отсутствуют не только в Российской Федерации, но и во всех развитых странах мира. Это обусловливается тем, что целью производителей и продавцов такой продукции является прежде всего получение экономической выгоды. Большинство инцидентов фальсификации пищевой продукции остаются незамеченными, так как их производство, как правило, не приводит к риску снижения безопасности пищевых продуктов, и потребители часто не замечают снижения их качества. Проведенный анализ международных данных и данных Евразийского экономического союза (ЕАЭС) показал, что с целью улучшения качества пищевой продукции, снижения количества реализуемой на рынках ЕАЭС фальсифицированной пищевой продукции необходимо: ввести в Технические регламенты понятие фальсифицированной пищевой продукции; расширить перечень методов, подтверждающих подлинность пищевых продуктов, наличие в них веществ, не разрешенных для использования в пищевой промышленности; на законодательном уровне закрепить принцип ответственности всех участников обращения пищевой продукции, не соответствующей обязательным требованиям; ввести показатели качества пищевой продукции в технические регламенты; ввести обязательное выполнение требований к качеству пищевых продуктов, приведенных в межгосударственных и государственных стандартах. Поэтому разработке принципов и приемов выявления фальсификации следует уделять особое внимание как одному из приоритетных направлений обеспечения качества и безопасности пищевых продуктов и упаковки.

PDF

2024, №2

Yaralar, basınç ülseri ve sağaltımı, yara bakımı ve ağrı yönetimi

MÜƏLLİF(LƏR):İsa Özaydın

DOI:10.30546/2958-8111.2024.2.01.044

XÜLASƏ:Cerrahinin en temel konusu olan yara, veteriner hekim, tekniker ve hayvan sahipleri için büyük bir sorun oluşturmaktadır. Son güncel bilgiler, açık yaraların altında yatan patofizyolojiye dair en küçük ayrıntıları aydınlatmış olsa bile yara tedavisi ve bakımı ile ilgili temel ilkeler önemini korumaktadır. Günümüzde insan hekimliği ve veteriner hekimlikte sayısız ticari yara bakım ürünü ve topikal ajan bulunmaktadır. Yara sağaltımında başarılı olmak için derinin anatomi ve fonksiyonlarının iyi bilinmesi gerekir. Yüzeysel (süperfisiyal veya subpapillar) pleksus, orta (kutanöz) pleksus ve derin (subdermal veya subkutan) pleksus olmak üzere üç vasküler ağdan beslenen deri, vücudu dış etkenlere karşı koruma, duyu organı olarak görev yapma, beden ısısının düzenleme, sekresyon (salgı), ekskresyon (zararlı maddelerin atılımı), bağışıklık ve D vitamini sentezi gibi birçok işleve sahiptir. Bu makalede, derinin yapisi ve fonksiyonlari, yara oluşumuna neden olan faktörler, basinç ülseri (dekübit ülseri, dekübit yarasi) ve sağaltimi, yara bakimi ve ağri yönetimi özetlenmiştir. Dekübit ülser tedavisinin en önemli basamağı yara temizliğidir. Yara serum fizyolojik veya yara hijyeni bozulduğu düşünüldüğünde uygun bir antiseptik solüsyonlar temizlenmelidir. Ölü ve nekrotik artıkların bulunduğu ve yeterli kanlanmanın olduğu yaralarda cerrahi, otolitik, emzimatik, larval ya da mekanik yöntemlerle debridman gereklidir. Öncelikle hasta için temiz, rahat bir ortam sağlamak ve stresi en aza indirmek gerekir. Hasta idrar, fekal materyal ve bakteri üremesini körükleyen diğer kirleticilerden uzak tutulmalıdır. Ağrı kontrolü hayvan refahı ve yara iyileşmesi açısından önem taşıyan bir uygulamadır. Ağrının şiddetlenmesi yarada iyileşme sürecinin sekteye uğradığının veya enfeksiyon şekillendiğinin belirtisi olarak dikkate alınmalıdır.

PDF

2024, №2

Lənkəran-Astara bölgəsində pomidorun rəqabət qabiliyyətli yeni sortlarının seleksiyası

MÜƏLLİF(LƏR):Həzər Hüseynov, Sevnaz Mahmudova, Minarə Sucayeva

DOI:10.30546/2958-8111.2024.2.01.053

XÜLASƏ:Məqalədə Lənkəran Təcrübə Stansiyasında aqroekoloji şəaritdə becərilən pomidorun yerli və yeni genofond materialları öyrənilərək əlverişli sortların seçilməsi, onların əsas bioloji xüsusiyyətlərinin və vacib təsərrüfat əlamətlərinin qiymətləndirilməsinə aid məlumatlar verilmişdir. Pomidor bitkisi böyük genetik potensialı və adaptasiya qabiliyyətinə malik olduğundan, hər hansı bir ekoloji şəraitdə abiotik faktorların təsiri nəticəsində onun kəmiyyət və keyfiyyət əlamətlərində bir sıra fenotipik, hətta genotipik dəyişkənliklər baş verir. Pomidorun yerli mənşəli, ənənəvi seleksiya metodları əsasında yaradılmış Titan sortunun və əlverişli sortnümunələrin qiymətli təsərrüfat əlamətləri və bioloji xüsusiyyətləri də öyrənilmişdir. Öyrənilmiş sortnümunələrin bioloji tezyetişkənlik dövrünün əsas fazalarının qısalığına, bitkilər üzərində generativ orqanların yerləşmə sıxlığına, struktur quruluşu və çiçəklərin yüksək meyvəbağlama qabiliyyətinə görə “Titan” sortu daha üstün olmuşdur. Qida sahələri müxtəlif olan əkin sxemlərində pomidor bitkisinin məhsuldarılığı 70x35 sm variantı ilə müqayisəli öyrənilmiş və məlum olmuşdur ki, ümumi əmtəəlik məhsul 70x35 sm variantında 460 s/ha, onunla müqayisədə 90+50x35 sm ümumi əmtəəlik məhsul 467,6 s/ha, məhsul artımı isə uyğun olaraq 3,0 s/ha, yaxud 1,6 %, 90+50x30 sm-də orta məhsuldarlıq 467,6 s/ha, məhsul artımı 7,6 s/ha yaxud 0,6 %, 120+60x35 sm-də ümumi əmtəəlik məhsul 476,1 s/ha, məhsul artımı 16 s/ha yaxud 3,4 %, 120+60x30 sm-də isə ümumi əmtəəlik məhsul 473,6 s/ha, məhsul artımı 13,6 s/ha, yaxud 2,9 % olmuşdur.

PDF

2024, №2

COP-29 və ekoloji problemlərin həlli yolları

MÜƏLLİF(LƏR):Rəhim Bilalov

DOI:10.30546/2958-8111.2024.2.01.064

XÜLASƏ:Ekologiya məhdud çərçivədən çıxaraq BMT-nin və dünyanın bütün nüfuzlu Beynəlxalq təşklatlarının diqqət mərkəzində həmçinin, insan sağlamlığı və uzun ömürlülüyünün keşiyində duran fundamental elmə çevrilmişdir. Planetimizin hər yerində proqnozu nəzərə alınmadan görülən işlərin ekoloji fəsadları artıq özünün kluminasiya nöqtəsinə çataraq Bəşəriyyəti iki yol ölüm və həyat arasında qoymuşdur. Leysan yağışları, güclü sel, daşqın, qasırğa, sunami, torpaq sürüşmələri, zəlzələ və vulkan püsgürmələri yer altındakı insan və heyvan cəsədlərinin qalıqlarını, onlarla birlikdə isə yoluxucu agentləri torpaqın səthinə çıxararaq yeni-yeni təhlükəli epidemiya, epizootiya və pandemiyalar törədir. İnsanlar təbiətin, onun sərvətlərinin sanki ən qəddar düşmənlərinə çevrilmiş və dəhşətli ekosit törətmişlər. Planetimizin ekoloji mənzərəsi bu antropogen fəaliyyət nəticəsində hazırda böhran, aqoniya halına düşmüş və öz məhvərindən çıxmışdır. Ona görə də, ən dəhşətli müharibə və yanğınlardan daha güclü sayılan epidemiya və epizootiyalarla mübarizəyə hazır olmalıyıq. Əvvələr insanlar təbiətdən qorxurdusa, indi sanki təbiiət insanlardan qorxur. 11-24 noyabr 2024-cü il tarixində Bakıda keçiriləcək CoP-29 nəyinki ölkəmizdə eləcədə bütün dünyada bəşəriyyəti narahat edən ekoloji böhranın həll edilməsinə pozitiv təsir edə bilər.

PDF

2024, №1

Abşeron cinsli qoyunların bonitirovkası və yun məhsuldarlığı

MÜƏLLİF(LƏR):Şahmar Məmmədov, Talıb Sadıqov, Fazil Həsənov

DOI:DOİ: 10.30546/2958-8111.2024.1.7.083

XÜLASƏ:Məlumdur ki, Azərbaycan Respublikasında xalçaçılıq sənayesinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq yarımqaba növ yun xammalına və əhalinin tez yetişən qoyun cinslərinin ətinə olan tələbatının ildən-ilə artması qoyunçuluq sahəsində bu qoyun cinslərinin inkişafına böyük tələbat olduğunu göstərir. Ona görə də Abşeron bölgəsində yetişdirilən yüksək məhsuldarlıqlı, yerli ekstremal iqlim şəraitinə uyğunlaşmış, yağlıquyruq, yarımqaba yunlu, ətlik, yunluq və südlük istiqamətli Abşeron qoyun cinsinin banitirovkası və yun məhsuldarlığı araşdırılmışdır. Aparılmış elmi-tədqiqat, seleksiya və damazlıq işlərinin nəticələrinə görə, Abşeron cinsli qoyunlar isti iqlim şəraitində, yayın qızmar günəş şüaları altında məhsulu yığılmış taxıl zəmilərində, kövşənlikdə, qara çöplükdə, tərəvəz və bostan sahələrində yaxşı kökəlir, normal döllənir, qoçunu alır və mayalanır. Payız aylarında faraş bala verir. Bu qoyunlar yaylaq şəraitində də özünün müsbət cəhətlərini qoruyub saxlayırlar. Aparılmış bonitirovkanın nəticəsi olaraq, 2020-ci ildə 186 baş qoyunların sinfi keyfiyyətləri öyrənilməklə damazlıq – məhsuldarlıq göstəricilərinin təkmilləşdirilməsi tempi müəyyən edilmişdir. Sürüdə bonitirə edilmiş 186 baş qoyunlardan114 başı elita və 1 - ci sinif olmuşdur. Cədvəldən göründüyü kimi ümumi sürüdə yüksək sinifli (damazlıq keyfiyyətli) qoyunların xüsusi çəkisi (elita və Isinif) 61,0 % olmaqla sürünün yarıdan çoxunu təşkil etməklə yüksək məhsuldar genoloji xətt törədicilərinin genetik potensialından düzgün istifadə edilməsilə əldə edilmiş damazlıq – seleksiya nailiyyətlərinin nəticəsidir. Abşeron cinsli qoyunların ət məhsuldarlığı da digər qoyun cinsləri ilə müqayisədə xeyli çoxdur. Ona görə də bu cinsin Abşeron bölgəsində və onun ətraf rayonlarının fermer qoyunçuluq təsərrüfatlarında geniş yayılması məqsədəuyğun hesab edilir.

PDF

2024, №1

Karantin tətbiq edilən zərərvericilərin monitorinqində feromon tələlərdən istifadənin əhəmiyyəti

MÜƏLLİF(LƏR):Ceyhunə Cəfərova, İbrahim Mehdiyev, Gülnar Qəhrəmanova

DOI:DOİ: 10.30546/2958-8111.2024.1.7.072

XÜLASƏ:Hazırda bitki sağlamlığına nəzarət üzrə səmərəli və müasir tələblərə cavab verən sistemin yaradılması məqsədilə mütəmadi olaraq əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə tədbirləri sisteminin hazırlanması və tətbiqidir. İnteqrir mübarizənin əsas tərkib hissəsindən biri də müasir dövrdə inkişaf etmiş ölkələrin kənd təsərrüfatı sahəsində üstünlük verdiyi biotexniki mübarizə üsuludur. Biotexniki mübarizə tətbiq edilən kənd təsərrüfatı sahələrində istehsal olunan məhsulda ümumiyyətlə pestisid qalığına rast gəlinmir. Bu mübarizə üsulunun tətbiqi həm də orqanik məhsul istehsalına atılan addımdır. Tədqiqat zamanı Azərbaycan ərazisində karantin tətbiq edilən zərərvericilərinin monitorinqi məqsədilə feromon tələlərdən istifadə edilmişdir. Monitorinq zamanı çəyirdəkli və tumlu meyvə bitkilərinin karantin zərərvericiləri olan şərq meyvəyeyəni (Grapholita (Cydia) molesta Busck, 1916) (Lepidoptera: Tortricidae) aşkarlanmış, şaftalı meyvəyeyəni (Carposina niponensis Walsingham, 1900) (Lepidoptera: Carposinidae) isə aşkarlanmamışdır. Bu zərərvericilərdən başqa, fındığın təhlükəli invaziv zərərvericisi olan qəhvəyi mərmər taxtabitinin (Halyomorpha halys (Stal, 1855)) (Hemiptera: Pentatomidae) monitorinqi məqsədilə respublikanın müxtəlif ərazilərində feromon tələlər asılsa da, yalnız Bakı şəhəri Səbail rayonunda yerləşdirilmiş feromon tələlərdə növün imaqo və nimfalarına rast gəlinmişdir. Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında, Abşeron rayonunda yerləşən badam bağlarında, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən fərdi bağlarda və Bakı şəhəri Səbail rayonu ərazisində qəhvəyi mərmər taxtabitinin monitorinqi məqsədilə feromon tələlər asılmışdır Üç halda qəhvəyi mərmər taxtabiti aşkar edilməsə də, sonuncu halda tələdə zərərvericinnin imaqo və nimfaları aşkarlanmışdır. Bu, qəhvəyi mərmər taxtabitinin Azərbaycanda lokal arealda rast gəlindiyini və hazırda fındıqçılıq təsərrüfatları üçün potensial təhlükə mənbəyi olmadığını qeyd etməyə əsas verir.

PDF

2024, №1

Cerrahi yara kapatma yöntemleri ve yara sağaltımı

MÜƏLLİF(LƏR):İsa Özaydın

DOI:DOİ: 10.30546/2958-8111.2024.1.7.063

XÜLASƏ:Yaralar, hangi tipte ve yara iyileşmesinin hangi aşamasında olurlarsa olsunlar, uygun koşullar sağlandıktan sonra cerrahi yöntemlerle kısmen veya tamamen kapatılabilirler. Yaraların kapatılması için cerrahi dikişler, zımba (staples), yapıştırıcı bantlar (strip) ve doku yapıştırıcıları (siyanoakrilat türevleri) kullanılmaktadır. Üzerinden 8 saatten fazla (kafa bölgesi yaralarında 10- 12 saat kadar) süre geçen yaraların primer olarak kapatılması ciddi enfeksiyonlara neden olacağı için tehlikeli bir yaklaşım olarak kabul edilir. Üzerinden 5-7 gün geçmiş ve ideal granülasyon dokusu şekillenmiş yaralarda sekonder kapatma tercih edilebilir. Bu işlem, Kontamine veya Kirli (Septik) Yaralar için elverişlidir.Yara örtüleri yaralar için ideal bir ortam (nem, ısı, hava ventilasyonu gibi) oluşturarak hızlı ve kozmetik iyileşme sağlar. Yara örtüleri poliüretan filmler, hidrokolloid örtüler, polimer köpük örtüler, kollajen, hidrojel örtüler, hidrofiber örtüler, aljinatlar, antibakteriyel örtüler, deri yapısına eşdeğer biyolojik yara örtüleri gibi birçok ticari ürünü içermektedir. Geniş alanlı veya yaralanma sırasında önemli oranda deri kaybı şekillenen yaraların kapatılması her zaman mümkün olmayabilir. Küt cisimlerin çarpması veya kuvvetli basınç nedeniyle dokularda deri bütünlüğü bozulmaksızın şekillenen yıkımlanmalardır. Hasarın şiddetine göre dört derecede incelenir. Ezik yaralarında deri açılmış olsa bile dikiş uygulanmamalıdır. Çünkü, ezik alanındaki dokular başlangıçta sağlam bir görünüm verse de kısa süre içerisinde doku ölümü nedeniyle maddi kayıplı bir yaraya dönüşme veya gangrenleşme eğilimindedir. Derinin bütünlüğü bozulmuşsa diğer travmatik yaralarda olduğu gibi sağaltılır (temizlik, kanama kontrolü, lavaj, debridman, drenaj ve medikal sağaltım).

PDF

2024, №1

Создание творожных сырков с повышенной биологической ценностью

MÜƏLLİF(LƏR):Гуща Наталья Федоровна, Демьянец Анна, Мороз Александр.

DOI:DOİ: 10.30546/2958-8111.2024.1.7.052

XÜLASƏ:На современном этапе ассортимент молочных продуктов, реализуемый на прилавках магазина, позволяет удовлетворить все потребности покупателя. К числу наиболее популярных молочных продуктов, входящих в ежедневный рацион питания населения, относятся кисломолочные продукты, в частности творог. Творог представляет собой белковый кисломолочный продукт, который содержит все незаменимые аминокислоты, богат кальцием и фосфором, а также витаминами группы В. В целом замена части творога в смеси на сыр мягкий «Рикотта» позволит обогатить продукт биологически ценными сывороточными белками и приблизить белковый состав к рекомендуемому для детей составу женского молока. При этом творожные основы имеют высокие органолептические показатели. Научно обоснована возможность использования мягкого сыра «Рикотта» в составе комбинированных творожных смесей в производстве творожных сырков с повышенной биологической ценностью. Определены оптимальные соотношения тврорга и мягкого сыра «Рикотта» в творожной основе для сырков. Исследованы органолептические и физико химические свойства творожных сырков с повышенной биологической ценность. Показана высокая биологическая ценность продукта за счет обогащения смеси высокоценными сывороточными белками. Установлено, что творожные сырки с повышенной биологической ценностью могут быть рекомендованы для введения в рацион питания детей дошкольного и школьного возраста.

PDF

2024, №1

Çay istehsalının əsas prinsipləri və soluxdurmanın çay yarpaqlarında L- Teanının dəyişməsinə təsiri

MÜƏLLİF(LƏR):Mühəndis Cahangirov

DOI:DOİ: 10.30546/2958-8111.2024.1.7.040

XÜLASƏ:Dünyada çay istehsalı ilə məşğul olan ölkələr müxtəlif emal üsulları tətbiq etməklə çay yarpağından keyfiyyətcə bir-birindən fərqlənən çaylar istehsal edirlər. Bütün bu çaylar həm emalının texnoloji rejiminə, həm də öz xassəsinə, kimyəvi tərkibinə və keyfiyyətinə görə bir-birindən fərqlənir. Qara məxməri çay istehsalında çay kollarından toplanmış cavan yarpaqlar, ardıcıl olaraq soluxdurma, burma-xırdalama, fermentasiya, qurutma və növlərə ayrılma kimi texnoloji emal proseslərindən keçdikdən sonra əhali arasında xüsusi populyarlığı ilə seçilən qara məxməri çaya- spesifik zərif aromata, xoş büzüşdürücü və yüngül ağızqamaşdırıcı dada malik olan məhsula çevrildiyi halda, yaşıl çayın istehsalında soluxdurma və fermentasiya prosesləri çayı su buxarına vermə prosesi ilə əvəzlənir. Hazırda çayın müasir istehsal texnologiyası ilk növbədə yaşıl çay yarpağının yığımından hazır məhsul alınana qədər baş verən bütün biokimyəvi dəyişiklikləri və bunları əmələ gətirən səbəbləri, habelə hazır çayın kimyəvi tərkibi və faydalı xassələri haqqındakı bilikləri özündə cəmləşdirir. Soluxdurma çay istehsalında ilkin texnoloji əməliyyat hesab edilir. Soluxdurma zamanı yarpağın tərkibində olan nəmlik qismən kənarlaşdırılır, yarpaq növbəti texnoloji proseslər üçün, xüsusilə burma əməliyyatı üçün hazırlanır. Soluxdurma zamanı həmçinin müxtəlif biokimyəvi proseslər, o cümlədən oksidləşmə-reduksiya reaksiyaları gedir, fermentasiya prosesi sürətlənir. Bu zaman əmələ gələn dad və ətirverici maddələr çayın keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərir. Tədqiqatlar göstərir ki, soluxdurma zamanı əmələ gələn meyvə iyi yaranmaqda olan fenol və amin turşularının birləşmələrinin bir-biri ilə əlaqəli şəkildə oksidləşməsindən əmələ gəlir. Soluxdurma zamanı çay yarpağının sortundan asılı olaraq L-teaninin itkiləri 9,47 ± 0,31 - 11,27 ± 0,34 % təşkil edir. Soluxdurma zamanı ən böyük itkilər Azərbaycan-4 sortunda (11,27 ± 0,34 %, ən az itkilər isə – Azərbaycan-1 sortunda (9,47 ± 0,31%) müşahidə olunur. Müəyyən edilmişdir ki, bütün hallarda yaşıl çay yarpağının soluxdurulması zamanı Lteaninin ilkin miqdarı azalır ki, bu da çayın dad xüsusiyyətlərinə, kimyəvi tərkibinə və keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərir.

PDF

2024, №1

Azerbaijan at a new stage of development - food and food security in the period of globalization and the post-pandemic period: contemporary situation, challenges, perspectives

MÜƏLLİF(LƏR):Mikail Maharramov

DOI:10.30546/2958-8111.2024.1.7.026

XÜLASƏ:Recently, the safety of food products has become one of the most important hygienic problems, and after the collapse of the USSR, it became more relevant in the CIS space. Current problems in the field of food and food security both in the world and in the Republic of Azerbaijan are considered in the article, the work done and upcoming tasks are highlighted. It is noted that the result of constant hunger of people is diseases, blindness, mental retardation in children, infertility, early mortality, etc. At the same time, among wealthy people in developed countries, regular overeating causes many serious diseases. The ecological situation, in turn, causes problems of production safety, prevention and medical nutrition. In modern industrially developed countries, the overwhelming majority of agricultural land is "enriched" with chemical preparations for agriculture, and finished products with their residues, medicinal preparations, chemical and food additives. This list includes social toxicants - alcoholic and energy drinks, drugs, tobacco and cigarette smoke, etc. Thus, it is not difficult to imagine the scale of the problem of contamination of food products. Not only individual countries and their leaders, but also the Food and Agricultural Organization of the United Nations (FAO), WHO and other international organizations are seriously engaged in the issues of food security and food policy implementation. The relevance of the problem of safety of food products as the main factor determining human health and gene pool is increasing every year. Azerbaijan is part of the global world. In modern times, it is impossible to ensure the countrys food security gradually or individually. Azerbaijan is a state with an open and free economic system and global production relations. Of course, the economic processes taking place in the world do not bypass Azerbaijan and show their influence. Processes taking place in the context of the world food market play an important role in the formation of the structure of national production and market conditions. Therefore, the article analyzes the work done in this area.

PDF

2023, №1

ГЕНЕТИЧЕСКИЙ ПОТЕНЦИАЛ СОРТОВ КАРТОФЕЛЯ ПРИ ВЫРАЩИВА-НИИ ДВУУРОЖАЙНОЙ КУЛЬТУРОЙ В УСЛОВИЯХ ОРОШЕНИЯ НА ЮГЕ УКРАИНЫ

MÜƏLLİF(LƏR):Раиса Анатольевна Вожегова, Галина Станиславовна Балашова

DOI:10.30546/2958-8111.2023.1.1.

XÜLASƏ:- Резюме. Для юга Украины с его жесткими погодно-климатическими условиями крайне острой проблемой является ускоренное вырождение семенного материала картофеля. В статье приведены результаты испытания сортов картофеля различных групп спелости в течение 2001-2020 гг. при выращивании в весенней и летней посадке на типичной для юга Украины темно-каштановой почве в условиях орошения. Выделены высокоурожайные сорта, биологические особенности которых больше всего соответствуют почвенно-климатическим условиям выращивания. Для использования в двуурожайной культуре на юге Украины наиболее пригодны сорта, которые формируют сезонную урожайность на уровне 27-43 т/га – раннеспелые Кобза, Злагода, Вымир, Щедрык, Скарбница, Тырас, Киммерия, Базалия, Слаута; среднеранние – Свитанок киевский, Невская, Струмок, Виталина, Житница, Левада, Ария, Межиричка 11, Фактор; среднеспелые – Явир, Мандривныця, Гурман, Околица, Мирослава, Княгиня, Родынна, Традиция, Фотиния, Славянка, Аника, Альянс и Иванковская ранняя. Для получения товарной продукции в целях потребления в весенне-летний и осенне-зимний период следует использовать раннеспелые сорта Кобза, Тырас, Скарбница, Киммерия, Слаута, Вымир, Базалия (с товарностью урожая не менее 97%); среднеранние – Виталина, Межиричка 11, Житница; среднеспелые – Гурман, Родынна, Традиция, Альянс, Фотиния, Иванковская ранняя, которые накапливают 25-34 т/га клубней биологической спелости.

PDF

2023, №1

LOKAL MÜHARİBƏLƏRİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİNƏ TƏSİRİ

MÜƏLLİF(LƏR):tar.üz.fəl.dok., dos. Bayramov Müşfiq Cabir oğlu

DOI:10.30546/2958-8111.2023.1.2.

XÜLASƏ:Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin etməkdir. Dünyada qlobal probelmlər çoxdur və bunlar bir-biri ilə əlaqədardır. Lakin elmi-texnikanın yüksək inkişaf etdiyi müasir dövrdə cəmiyyətin üzləşdiyi ən qlobal problemlərdən biri ərzaq təhlükəsizliyi problemidir. Ərzaq təhlükəsizliyi dünya dövlətlərini daha çox narahat edən, onların qarşısında təhdid kimi duran qlobal məsələlərdəndir. Bu sahədə beynəlxalq təşkilatların fəaliyyəti və qəbul olunmuş konvensiyalara baxmayaraq müxtəlif səbəblərdən ərzaq təhlükəsizliyi problemi daha da dərinləşmiş və son 7 ildə ən yüksək həddə çatmışdır. Bunun əsas səbəblərindən biri də son iki əsrdə dünyanın müxtəlif bölgələrində gedən lokal müharibələr və etnik-dini münaqişələrdir. Müharibələr və münaqişələrin ətraf mühitin mühafizəsinin pozulmasına çoxsaylı insan tələfatına, meşələrin, əkin sahələrinin yarasız hala düşməsinə, ətraf mühitin çirklənməsinə səbəb olması dünya əhalisinin təhlükəsiz və lazımi qədər ərzaq məhsulları ilə təminatında ciddi problemlər yaradır. Hazırda ərzaq çatışmazlığından dünyanın müxtəlif ərazilərində 265 milyondan çox insan əziyyət çəkir. Qida mənşəlli xəstəliklər və zəhərlənmə halları isə adi hal almışdır. Məqalədə əhalinin ərzaq təhlükəsizliyinə lokal müharibə və münaqişələrin təsiri araşdırılır.

PDF

2023, №1

ПРОБЛЕМЫ ПИТАНИЯ КОРМЯЩИХ МАТЕРЕЙ И ДЕТЕЙ И ПУТИ ИХ РЕШЕНИЕ

MÜƏLLİF(LƏR):Магеррамова Севиндж Исмаил кызы

DOI:10.30546/2958-8111.2023.1.3.

XÜLASƏ:- Резюме. В большинстве регионов все более остро встает проблема избыточного веса у детей в возрасте до пяти лет, а доля взрослого населения, страдающего от ожирения, увеличивается во всех регионах планеты. Одновременно проявляются различные формы неполноценного питания, в некоторых странах высокая распространенность недостаточного питания детей сочетается с высокой долей подверженного ожирению взрослого населения. Одна из поставленных ВАЗ глобальных целей в области питания состоит в том, чтобы довести до 50 процентов долю детей, получающих в возрасте от рождения до шести месяцев исключительно грудное вскармливание. Восстановление структуры питания, повышение его качество и обеспечение безопастности является в настоящее время одной из важнейших приоритетных задач. Функциональные продукты питания эволюционировали как отдельная категория и не всегда рассматриваются в качестве пищевых добавок. Функциональными ингредиентами могут быть витамины, макро и микроэлементы, пищевые волокна, органические кислоты, фенольные соединения, полученные их фруктовых и овощных соков. Функциональные напитки должны обладать не только функциональной направленностью, но и приятным вкусом и хорошо уталять жажду, оказывая влияние на психоэмоциональные состояние человека. В статье рассматривается вопрос об актуальности включения в детский рацион питания напитков фруктово-ягодного сырья. Полноценный сбалансированный рацион ребенка-один из основных факторов сохранения его здоровья и гармоничного развития, а в итоге- будущего нации. Как показывают специальные исследования, неудовлетворительное питание кормящих матерей и детей ведет к росту алиментарно-зависимых заболеваний. Это объясняется нерешенностью важных вопросов в организации детского питания и обеспечения подрастающего поколения доброкачественными, полноценными продуктами.

PDF

Digər məqalələr...