MÜƏLLİF(LƏR):

dosent İbadov Rakif Hüseyn oğlu

DOI:

DOİ: 10.30546/2958-8111.2023.1.4.

TƏDQİQATIN ADI:

AZƏRBAYCAN RESPUBLİKASININ CƏNUB-ŞƏRQ BÖLGƏSİNİN BƏZİ MƏTBƏX İNCİLƏRİ

XÜLASƏ:

Məqalədə Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin, dadlı və rəngarəng mətbəxlərindən biri olduğu barədə məsələlər bilavasitə təhlil olunur. Xalqımızın zəngin mətbəx ənənələrində özünəməxsus xüsusiyyətləri ilə səciyyələnən Lənkəran mətbəxi mühüm yerlərdən birini tutur, Azərbaycan milli mətbəxtinin tərkib hissəsi və ayrılmaz nümunəsidir. Azərbaycanın Respublikasının Cənub–Şərq bölgəsində yaşayan əhalinin, o cümlədən talış etnus xalqının yeməklərinin, yerləşdiyi inzibati ərazilərinin, bölgənin torpaq, iqlim flora və faunasının təsiri altında formalaşmış, özünəməxsus hazırlanma xüsusiyyətləri ilə fərqlənir. Mətbəx yeməklərinin müxtəlifliyi, onların hazırlanma texnologiyası və üsulları ilə yanaşı, həm də maddi mədəniyyətin əsas hissəsi, mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, süfrə psixologiyası, adətləri, fiziologiyası, gigiyenası, avadanlığı, etikası, estetikası, poeziyası aspektləri, eləcə də, Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri və adət-ənənələri özündə ahəngdar şəkildə birləşdirir. Qədim oturaq həyat tərzini keçirən xalqlardan biri də respublikamızın cənub-şərq bölgəsində yaşayan və etnik xalq olan talış əhalisinin mətbəxində hazırlanmış yeməklərinin spesifik xüsusiyyətləri, xarakterik cəhətləri və insan orqanizminə qəbul olunan içkiləri haqqında müfəssəl məlumat verilir. Bundan başqa, bölgə mətbəxtinin ümumiliyinə, qarşılıqlı əlaqəliyinə və vəhdətliyinə də diqqət göstərilmişdir.

TƏDQİQATIN METODOLOGIYASI:

TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ:

TƏDQİQATIN NƏTİCƏLƏRİ:

TƏDQİQATIN ELMİ YENİLİYİ: