Ağayeva Məlahət Əli qızı
DOI: TƏDQİQATIN ADI:QIRMIZI SİTRUS GƏNƏCİYİ
XÜLASƏ:Məqalədə Lənkəran-Astara bölgəsində sitrus qırmızı gənəciyinin öyrənilməsi üzrə aparılan tədqiqat işlərinin nəticəsi verilmişdir.Bölgə relyefinə və iqlim şəraitinə görə təkcə meyvə və sitrus bitkilərinin becərilməsi üçün deyil, həm də zərərvericilərin inkişafı və yayılması üçün əlverişlidir. Açıq stasionar sahədə aparılan təcrübələr nəticəsində aydınlaşdırılmışdır ki, gənəcik aprel-noyabr ayları ərzində 12-13 nəsil verir. Zərərvericinin çoxalma və inkişafında mühitin abiotik amilləri, o cümlədən temperatur və rütubətin böyük rolu vardır. Məsələn, 12,7-17,0 0C temperaturda və 86% rütubətdə sürfələr 7-8, yetkin fərdlər 10-12 günə inkişafını başa çatdırdıqları halda, 21,0-25,0 0C temperaturda və 89% rütubətdə sürfələrin inkişafı 2, yetkinlərinki isə 2-3 gün çəkir. Belə ki, aprel və may ayında bir nəslin inkişafı 20-30 günə başa çatdığı halda, iyul-avqust aylarında bir nəslin inkişafı 12-15 günə qutarır. Zərərverici ilə səmərəli kimyəvi mübarizə məqsədi ilə sınaqdan çıxarılan bir çox, o cümlədən ultimatum, hamla, nurel kimi preparatlar içərisində təsərrüfat üçün əlverişli səmərə ultimatum və hamla preparatlarının sınaqdan çıxarılması nəticəsində əldə edilmişdir. Məqalədə Ultimatum- EC preparatının effektivliyinin öyrənilməsinə dair materiallar təqdim olunur.
TƏDQİQATIN METODOLOGIYASI: TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ: TƏDQİQATIN NƏTİCƏLƏRİ: TƏDQİQATIN ELMİ YENİLİYİ: