MÜƏLLİF(LƏR):

Calalov Azər Aydın oğlu

DOI:

DOİ: 10.30546/2958-8111.2023.1.5.

TƏDQİQATIN ADI:

LƏNKƏRAN İQTİSADİ RAYONUNDA BECƏRİLƏN BƏZİ TƏRƏVƏZ MƏHSULLARINDA TOKSİKİ METALLARIN TƏDQİQİ

XÜLASƏ:

Məqalədə Lənkəran iqtisadi rayonunda yetişdirilən bəzi tərəvəz məhsullarında mis, sink, kadmiyum və qurğuşunun kütlə konsentrasiyaları araşdırılmışdır. Tərəvəzlərdən bibər, badımcan, sarımsaq, kələm və lobya məhsullarında göstərilən toksiki ağır metalların kütlə konsentrasiyaları İnversion Voltamperimetrik analiz metodu ilə təyin edilmişdir.Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, sinkin və misin qatılığı öyrənilən digər bitkilərə nisbətən lobya məhsulunda ən yüksək həddə 4,0 və 1,80 mq/kq olduğu halda, kadmiyumun qatılığı isə əksinə ən aşağı həddə müşahidə olunmuşdur.Qurğuşunun qatılığının ən yüksək həddi bibər məhsullarında 0,057mq/kq olduğu halda, kadmiyumun qatılığının ən yüksək həddi isə sarımsaq məhsulunda 0,0063mq/kq olmuşdur.Göründüyü kimi ayrı-ayrı toksiki ağır metalların səviyyəsi tərəvəz məhsullarının növündən asılı olaraq müxtəlif olmuşdur.Belə ki, lobya məhsulunda ağır metalların miqdarı Zn > Cu > Pb > Cd ardıcıllığı ilə qeydə alınmışdırsa, sarımsaq məhsulunda ardıcıllıq Cu > Zn > Pb > Cd şəklində olmuşdur.Məlum olmuşdur ki, Lənkəran təcrübə stansiyasında becərilən tərəvəz məhsullarında toksiki ağır metalların miqdarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərində qəbul etdiyi normalarda YVH-i (yol verilən hədd) aşmayan səviyyədədir.

TƏDQİQATIN METODOLOGIYASI:

TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ:

TƏDQİQATIN NƏTİCƏLƏRİ:

TƏDQİQATIN ELMİ YENİLİYİ: