Vaqif Şahverən oğlu Quliyev
DOI: TƏDQİQATIN ADI:SUVARMA VƏ GÜBRƏLƏMƏ ÜÇÜN İSTİFADƏ OLUNAN TULLANTI (AXITMA) SULARI, PESTISIDLƏRLƏ ÇİRKLƏNMƏ VƏ ONUN QİDA TƏHLÜKƏSİZLİYİNDƏ ROLU
XÜLASƏ:Məqalədə kənd təsərrüfatı məhsulları istehsalı zamanı tullantı (axıtma) sularından, bərk tullantılardan və pestisidlərdən istifadənin qida təhlükəsizliyinə təsirinin bəzi aspektləri araşdırılmışdır. Müəyyən olunmuşdur ki, tullantı (axıtma) sularının çöküntülərinin zərərsizləşdirilməsi və degelmintizasiyası üçün termiki emal üsulundan istifadə edilməsi məqsədəuyğundur. Gübrə və qida əlavələri kimi təhlükəsiz və əlçatan məhsullar əldə etmək üçün müasir biokimyəvi təmizləmə üsullarından geniş istifadə olunur. Eyni zamanda araşdırmalar göstərir ki, pestisidlərin saxlanması, nəqli və istifadəsi zamanı gigiyenik normaların pozulması, onlarla işləmə mədəniyyətinin aşağı olması onların yemlərdə, ərzaq xammalı və qida məhsullarında toplanmasına səbəb olur. Pestisidlər insan orqanizminə düşən zaman, dozadan və kimyəvi strukturun xüsusiyyətlərindən asılı olaraq hərtərəfli toksiki təsirə malik olurlar.
TƏDQİQATIN METODOLOGIYASI: TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ: TƏDQİQATIN NƏTİCƏLƏRİ: TƏDQİQATIN ELMİ YENİLİYİ: