MÜƏLLİF(LƏR):

Mehriban Yusifova

DOI:

TƏDQİQATIN ADI:

AZƏRBAYCANIN MÜALİCƏVİ ƏHƏMİYYƏTLİ BİTKİLƏRİNİN BİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN MİKOLOJİ TƏHLÜKƏSİZLİYİ

XÜLASƏ:

Müalicəvi bitkilərin istər Azərbaycan florasına aid olan, istərsə də introduksiya olunan növləri sistemli şəkildə aparılan mikoloji, o cümlədən fitopatoloji tədqiqatların predmetinə çevrilməmişdir və yalnız aparılan bəzi tədqiqatlarda göbələklərin məskunlaşma yerləri göstərilərkən bu tip bitkilərin adlarına da rast gəlmək mümkündür. Baxmayaraq ki, hər il göbələklərin törətdiyi xəstəliklər nəticəsində bu və ya digər növlərin məhsuldarlığı kifayət qədər azalır, bir çoxu məhv olur və nəticədə populyasiyada fərdlərin sayı azalır. Bunların qarşısının alınması, yəni müşahidə olunan mənfi xarakterli təsirlərin aradan qaldırılması üçün kompleks tədbirlərin müəyyən edilməsi üçün isə müalicəvi dərman bitkilərinin mikobiotasının, xüsusən onun patogen nümayəndələrinin əhatəli şəkildə tədqiq edilməsi, göbələk-sahib bitki arasındakı münasibətlərin formasının aydınlaşdırılması çox vacib və aktuallığı ilə seçilən məsələlərdəndir. Məsələnin aktuallığını əsaslandıran başqa bir fakt onunla bağlıdır ki, müalicəvi dərman bitkilərinin bir çoxu xalq təbabətində istifadə edilərkən termiki işlənməyə məruz qalmadan istifadə edilir və onların bitməsi və ya becərilməsi, toplanması və istifadə üçün hazırlanması isə açıq sistemdə həyata keçirilir. Aparılan tədqiqatlarda müalicəvi dərman bitkilərində yayılması qeydə alınan göbələklərin arasında toksigenlər, allergenlər, eləcə də patogenlər, xüsusən də şərti patogenlər kifayət qədər olmasını və həmin bitkilərin göbələklərin mikotoksinləri ilə də zənginləşməsi, eləcə də insanların müxtəlif məqsədlərlə (qida və tibbi) qəbul etdikləri maddələrin eyni zamanda müxtəlif xəstəliklərin ötürülmə mənbələrindən biri olması dəfələrlə öz təsdiqini tapan faktlardandır.

TƏDQİQATIN METODOLOGIYASI:

TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ:

TƏDQİQATIN NƏTİCƏLƏRİ:

TƏDQİQATIN ELMİ YENİLİYİ: