MÜƏLLİF(LƏR):

b.e.d., professor Əhəd Əli oğlu Nəbiyev, t.ü.f.d. İnarə Əli qızı Kazımova

DOI:

TƏDQİQATIN ADI:

BALQABAQDAN, HEYVA VƏ XURMADAN ŞİRƏ İSTEHSALI TEXNOLOGİYASININ TƏKMİLLƏŞDİRİLMƏSİ

XÜLASƏ:

Məlumdur ki, balqqabaqdan, heyva və xurmadan hazırlanmış şirələr insan orqanizmi üçün vacib olan üzvi və qeyri-üzvi maddələrlə zəngindir. Ona görə də balqabaq, heyva və xurma şirələrinin keyfiyyətini daha da zənginləşdirmək üçün bu şirələrin bir-biri ilə kupaj üsulu qarışığından yeni texnologiya əsasında ekoloji təmiz keyfiyyətli şirələr hazırlaması məqsədi ilə tədqiqatlar aparılmışdır. Tədqiqat işinin əsas məqsədi əhalini ekoloji təmiz, təbii, qatqısız, funksional təyinatlı, yüksək keyfiyyətli şirə ilə təmin etməkdən ibarətdir. Tədqiqat obyekti kimi Perxvatka-69 balqabaq sortundan, Sarı heyva və Xiakume xurma meyvəsindən istifadə etməklə lətli və lətsiz şirələr hazırlanmışdır. İstehsal prosesində 50 % balqabaq, 30 % heyva lətli şirələri və 20 % təbii xurma şirəsinin birgə qarışığından xüsusi texnologiya əsasında yeni çeşiddə lətli və lətsiz şirə hazırlanmışdır. Müəyyən edilmişdir ki, kupaj üsulu ilə hazırlanmış ekoloji təmiz şirədə xeyli sayda sərbəst qlükoza və fruktoza, müxtəlif fenol birləşmələr, yetərincə üzvi turşular, mineral mad¬dələr, o cümlədən yod və onun qidalılıq dəyərini təyin edən digər qida komponentlər vardır. Dequstasiya zamanı balqabaq lətli şirəsi 8,2 balla qiymətləndirilmişdirsə, heyva şirəsi 8,5 balla, xurma şirəsi 8,4 balla, kupay üsulu ilə hazırlanmış şirə isə 9,6 balla qiymətləndirilmişdir.

TƏDQİQATIN METODOLOGIYASI:

TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ:

TƏDQİQATIN NƏTİCƏLƏRİ:

TƏDQİQATIN ELMİ YENİLİYİ: