MÜƏLLİF(LƏR):

t.e.d. Pənahov Tariyel Məhəmməd oğlu

DOI:

TƏDQİQATIN ADI:

KONYAK SPİRTİ MATERİALININ TÜKƏNMİŞ PALID ÇƏLLƏKLƏRDƏ SAXLANMASI ÜSULUNUN PARAMETR VƏ REJİMLƏRİNİN İŞLƏNMƏSİ

XÜLASƏ:

Son dövrlər şərabçılıq sənayesində təzə palıd çəlləyi çatışmazlığı müşahidə olunmaqdadır. Bu səbəbdən də müəssisələr yaşı 20-25 il olan köhnə çəlləklərdən istifadə etmək məcburiyyəti qarşısında qalırlar. Çünki konyak spirtinin yetişdirilməsi zamanı mürəkkəb fiziki və biokimyəvi proseslər gedir və burada spirtin tərkib maddələri ilə yanaşı, palıd oduncağının kimyəvi kompenentləri də fəal iştirak edir. Ona görə də hazır məhsulun keyfiyyətini artırmaq üçün çəlləklərə doldurmazdan qabaq şərab və konyakların palıd oduncağının komponentləri ilə zənginləşdirilməsi zərurəti meydana çıxır. Tədqiqat materialı kimi palıd taxtası və Rkasiteli üzümündən hazırlanan, təzə və köhnə çəlləklərdə palıd taxtası və digər palıd emalı məhsulları ilə saxlanılan cavan konyak spirti götürülmüşdür. Tədqiqatlar göstərmişdir ki, konyak spirtlərinin tükənmiş çəlləklərdə yetişdirilməsi zamanı 1:3 nisbətində götürülən təbii və termiki işlənmiş palıd oduncağı kompozisiyasının 7:8 q/dm3 dozasında tətbiq edilməsi konyak spirtlərində 12 ay müddətində palıd oduncağının aromatik komponentlərinin lazımi səviyyədə toplanmasını təmin edir və spirtlərin həmin köhnə çəlləklərdə 3 ildən 5 ilə qədər saxlanmasından sonra hazır məhsulun yüksək keyfiyyətə malik olur.

TƏDQİQATIN METODOLOGIYASI:

TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ:

TƏDQİQATIN NƏTİCƏLƏRİ:

TƏDQİQATIN ELMİ YENİLİYİ: