MÜƏLLİF(LƏR):

Əkbərova Ülkər Zakir qızı

DOI:

10.17632/zvtrvn5db5.1

TƏDQİQATIN ADI:

PSEVDOPODZOLLAŞMIŞ SARI TORPAQLARDA EROZİYA PROSESİNİN YAYILMA AREALI VƏ ONU TÖRƏDƏN AMİLLƏR

XÜLASƏ:

Bu məqalədə Lənkəran vilayətində mövcud psevdopodzollamış sarı torpaqlarda eroziya prosesi öyrənilmiş, yayılma arealı və onu törədən amillər müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, torpaq örtüyü təbii və antropogen amillərin təsiri nəticəsində eroziya prosesinə məruz qalmışdır. Apardığımız tədqiqatdan müəyyən edilmişdir ki, Lənkəran vilayətinin düzən və dağətəyi ərazilərində yerləşən psevdopodzollaşmış sarı torpaqların eroziyaya uğramamış növlərinə nisbətən onların orta dərəcədə eroziyaya uğramış növlərində humus və qida maddələrinin miqdarı 25-45%-ə qədər azalmış, nəticədə torpaqların aqrofiziki, aqrokimyəvi və bioloji xassələri pisləşmişdir. Düzənlik sahələrdə eroziyanın baş verməsi, əsasən, suvarma ilə əlaqədardır. Nəticədə irriqasiya eroziyası əmələ gəlir. İrriqasiya eroziyasının formalaşması və inkişafına ərazinin mailliyi, torpaqların qranulometrik, struktur tərkibi, bitki örtüyü ilə örtülülük faizi, tətbiq olunan suvarma norma və qaydalarına riayət edilməməsinin səbəb olduğu müəyyənləşdirilmişdir.

TƏDQİQATIN METODOLOGIYASI:

TƏTQİQATIN TƏTBİQİ ƏHƏMİYYƏTİ:

TƏDQİQATIN NƏTİCƏLƏRİ:

TƏDQİQATIN ELMİ YENİLİYİ: